Yaroslavlda narkotik reklamına etiraz edən ev sakinlərini cərimələyiblər
Yaroslavlda narkotik reklamı ilə əlaqədar şikayət edən ev sakinləri cərimələnib.
32gun.az-ın "Kommersant" nəşrinə istinadən məlumatına görə, keçən ilin iyulunda Yaroslavl vilayətinin deputatı Yelena Kuznetsova öz "VKontakte" səhifəsində bildirib ki, Yaroslavlın Leninski rayonundan sakinlər ona müraciət edərək binaların fasadlarında narkotik maddələr haqqında reklamlar olduğunu bildirmişlər. Karl Libknext küçəsindəki bir evin divarlarında 37 qraffiti olduğunu özləri sayan deputat, "sifarişçiləri və yayımçılara tapıb cəzalandırılmasını" istəyib və bu barədə müvafiq orqanlara sorğular göndərib.
Bundan sonra administrativ-texniki və yaşayış nəzarəti inspektsiyası hadisə yerinə gedib. Yoxlama nəticəsində, evin fasadlarını çirkləndirdikləri üçün sakinlərə 1 min rubl məbləğində cərimə tətbiq edilib. Bu, regionun qanunvericiliyi ilə nəzərdə tutulmuş minimum cərimədir. Yaroslavl vilayətinin müvafiq komitəsində inspektsiya rəhbəri Oleg Kuznetsov bunu bildirib. Onun sözlərinə görə, binanın idarəetmə şirkəti yoxdur, buna görə də evin saxlanması üçün məsuliyyət sakinlərin üzərinə düşür. Deputat sakinlərə, əgər belə bir qərarla razı deyillərsə, cərimələri məhkəməyə verməyi tövsiyə edib.
Ayxan