DÜNYA ÖZ XƏBƏR

Putin Zelenskinin mümkün danışıqlarla bağlı sözlərinə reaksiya verib

Putin: Əgər Zelenski həqiqətən sülh danışıqlarına hazırdırsa, Rusiya nümayəndə göndərə bilər

Rusiya prezidenti Vladimir Putin, əgər Ukrayna prezidenti Volodimir Zelenski həqiqətən sülh danışıqları aparmağa hazırdırsa, Rusiya bu görüşə öz nümayəndələrini göndərməyə hazır olduğunu bildirib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Onun sözlərinə görə, Kiyev tərəfindən danışıqlara kim iştirak edərsə, bu, heç bir problem yaratmaz. "Əgər danışıqlar aparmaq və kompromis həll tapmaq istəyi varsa, kim olursa, onlar danışıqlar aparsın", — deyə Putin qeyd edib.

Putin həmçinin bildirib ki, Ukrayna, 2022-ci ilin yazında Türkiyədə baş tutan danışıqlarda, Rusiya ilə prezidentlərin şəxsi görüşünü təkid edib və o, bu təklifi qəbul edib. Lakin, daha sonra Kiyev sonda bununla razılaşaraq, "sonuncu ukraynalıya qədər müharibə aparmaq" qərarına gəldiyini açıqlayıb.

Putin Zelenskinin qeyri-legitim lider olduğunu və onun özünə qarşı qoyduğu danışıqlar qadağasını ləğv etməyə səlahiyyətinin olmadığını bildirib. Onun sözlərinə görə, bu qadağanın ləğv edilməsi mümkün olan bir məsələdir və bunu Ukrayna Ali Radasının sədri edə bilər. Putin, hüquqi məsələləri həll etmənin mümkün olduğunu vurğulayıb, lakin Moskva bu cür bir istək görmür. O, gələcəkdə Ukrayna ilə danışıqların Zelenskinin qərarını ləğv etmədən qeyri-legitim olacağını açıqlayıb.

Ayxan 

Oxşar Xəbərlər