DÜNYA ÖZ XƏBƏR

Taksi sürücüsü 200 kiloqramlıq sərnişini ölçüsünə görə daşımaqdan imtina edib

ABŞ-da taksi sürücüsü 200 kq-lıq sərnişini götürməkdən imtina etdi, məhkəməyə verildi

ABŞ-da taksi sürücüsü 200 kiloqramlıq sərnişini avtomobilin asqısının sıradan çıxa biləcəyini əsas gətirərək maşına götürməkdən imtina edib.

32gun.az ölkənin "Metro" nəşrinə istinadən  məlumat verir ki, sərnişin – Detroytlu hip-hop ifaçısı Denk Demoss (əsl adı Dadjua Blending) bu səbəbdən Lyft taksi xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.

Sürücü qadına onun çəkisinə görə maşına mindirə bilməyəcəyini bildirib və daha böyük avtomobil sifariş etməyi tövsiyə edib. "Sifarişi ləğv edirəm, sizdən ödəniş tutulmayacaq. Daha böyük bir maşın çağırmalısınız", – deyə sürücü bildirib.

Blending bu rəftarı diskriminasiya kimi qiymətləndirib və hisslərinin təhqir edildiyini bildirib. Onun vəkilləri isə Miçiqan qanunvericiliyinə görə diskriminasiyanın qadağan olunduğunu vurğulayıb. Həmçinin, hüquqşünaslar qeyd ediblər ki, sürücünün qadını təhlükəli vəziyyətdə qoymaq ehtimalı da olub.

Lyft rəsmi açıqlamasında hər cür diskriminasiyanı pislədiyini və vəziyyəti araşdıracağını bildirib.

Ayxan 

Oxşar Xəbərlər