DÜNYA ÖZ XƏBƏR

Moskvada polis zabiti yetkinlik yaşına çatmayan qız narkotikdən istifadə etməyə razı salıb

Moskvada polis zabiti yetkinlik yaşına çatmayan qıza qarşı cinayətdə şübhəli bilinir

Moskvada 36 yaşlı polis zabiti yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunaraq saxlanılıb.

32gun.az bildirir ki, bu barədə mk.ru məlumat yayıb.

İstintaqın versiyasına görə, Çeremuşki rayonu üzrə Daxili İşlər Şöbəsinin cinayət-axtarış bölməsində çalışan leytenant yanvarın 16-da Moskvanın cənub-qərbində yerləşən mənzildə 15 yaşlı qızla tək qalıb və ona qarşı əxlaqi sərhədləri aşan hərəkətlər edib.

Bundan əlavə, zabit qızı narkotik qəbul etməyə təşviq etməkdə də şübhəli bilinir. O, iddiaya görə, az miqdarda narkotik maddənin zərərsiz olduğunu deyib və qız sonda onu sınamağa razılaşıb.

Faktla bağlı cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi araşdırılır. Moskva Daxili İşlər Baş İdarəsi bildirib ki, əgər zabitin təqsiri sübuta yetirilərsə, o, daxili işlər orqanlarından qovulacaq.

Ayxan 

Oxşar Xəbərlər