MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Rusiyalı milyarderdən boşandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Rusiyalı milyarder Aleksandr Lebedevin keçmiş həyat yoldaşı, model və bloqer Lena Perminova boşandıqdan sonra ilk dəfə moda nümayişinə qatılıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, O, tədbirdən fotolarını Instagram-da paylaşıb.

Perminova qəhvəyi şort-ətək və köynək geyinib, saçlarını düzləşdirib və qırmızı dodaq boyası ilə makiyaj edib. O, fransız moda brendi Patounun nümayişini ziyarət edib.

Model dekabrın 25-də şəxsi bloqunda Aleksandr Lebedev ilə ayrıldığını açıqlamışdı. O, 27 yaş böyük olan keçmiş həyat yoldaşına yalnız minnətdarlıq və xoş xatirələrlə yanaşdığını bildirib. Ayrılığın səbəblərini isə açıqlamayıb. Cütlük 20 il birlikdə olub.

Boşandıqdan sonra Perminova yeni evinin salonunu da izləyicilərinə göstərib.

Model və Lebedevin dörd övladı var: 15 yaşlı Nikita, 12 yaşlı Yeqor, 10 yaşlı Arina və 3 yaşlı Aleksandr.

Ayxan 

Oxşar Xəbərlər