DÜNYA ÖZ XƏBƏR

ABŞ hakimiyyəti 1182 nəfəri SSRİ və Yuqoslaviyaya deportasiya etməyi planlaşdırır

ABŞ hakimiyyəti 1 182 nəfəri Sovet İttifaqına və Yuqoslaviyaya, daha 254 nəfəri isə Çexoslovakiyaya deportasiya etməyi planlaşdırır.

32gun.az bildirir ki, bu barədə "Tsarqrad" nəşri ABŞ-ın miqrasiya orqanlarının qərarına istinadən məlumat yayıb.

Bu qərar sənədlərini uzun müddət yeniləməyən qanunsuz miqrantlarla bağlı yaranan hüquqi qeyri-müəyyənlikdən irəli gəlir. Onlardan 337 nəfərin Sovet İttifaqına, digərlərinin isə Yuqoslaviyaya göndərilməsi nəzərdə tutulur. Lakin faktiki olaraq onların hara deportasiya ediləcəyi açıqlanmır.

Ümumilikdə, ABŞ-ın 47-ci prezidenti Donald Trampın administrasiyası 1 445 549 nəfəri ölkədən çıxarmağı planlaşdırır. Onların təxminən yarısını sənədsiz uşaqlar təşkil edir. Deportasiya ediləcək şəxslərin əksəriyyətinin Latın Amerikası ölkələrinə – Honduras, Meksika, Salvador və Qrenadaya göndəriləcəyi bildirilir.

Bununla belə, miqrasiya xidmətləri miqyasın böyüklüyünə görə deportasiya üçün kifayət qədər büdcə ayıra bilməmək riski ilə üzləşə bilər.

Bundan əvvəl NBC News ABŞ-ın hər həftə üç şəhərdə antimiqrasiya reydləri keçirməyi planlaşdırdığını bildirmişdi.

Ayxan 

Oxşar Xəbərlər