DÜNYA ÖZ XƏBƏR

Zaxarova Şoltsu özünü məhkum etməyə başlamağa və Ukraynaya kömək etməyi dayandırmağa çağırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Almaniya kansleri Olaf Şoltsun Amerika işadamı İlon Maskın sağçı Avropa siyasətçilərinə dəstəyini "iyrənc" adlandırmasına şərh verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Zaxarova, Berlində nə baş verdiyini sual edib və Şoltsu, Kiyevin neo-nasist rejimini dəstəkləyənləri qınamağa çağırıb.

Zaxarova, Şoltsu'ya özünü məhkum etməyə başlamağı və Ukrayna Prezidenti Vladimir Zelenskinin və onun "terrorist dəstəsinin" hərbi və digər dəstəyini dayandırmağı təklif edib. "O zaman (Şoltsu) əvvəlcə özünü məhkum etməyə başlamalıdır", - deyə o, öz Telegram kanalında yazıb.

Ayxan 

Oxşar Xəbərlər