Yeni Suriyanın rəhbəri Əhməd aşı-Şara, müvəqqəti prezident elan edilib
Yeni Suriyanın rəhbəri Əhməd aşı-Şara, həmçinin "Hayat Tahrir a-Şam" qruplaşmasının lideri Abo Məhəmməd əl-Culani kimi tanınan şəxs, müvəqqəti prezident elan edilib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın hərbi əməliyyatlarının rəsmi nümayəndəsi Həsən Abd əl-Qani açıqlama verib.
"Biz cənab Əhməd aşı-Şaranın keçid dövründə ölkənin prezidenti təyin edildiyini elan edirik. O, Suriyanın Ərəb Respublikası prezidentinin vəzifələrini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək", - deyə əl-Qani bildirib.
Ayxan