DÜNYA ÖZ XƏBƏR

Suriyada 1966-cı ildən ölkəni idarə edən partiya ləğv edilib

Yeni Suriyanın hakimiyyəti "Baath" partiyasını ləğv edib

Yeni Suriyanın rəhbərliyi, 1966-cı ildən ölkəni idarə edən və Hafiz Əsədin hakimiyyətə gəlməsindən sonra güc qazanan "Ərəb Sosialist Dirçəliş Partiyası"nı (Baath Partiyası) ləğv edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti, Suriyanın hərbi əməliyyatları üzrə nümayəndəsi Həsən Abd əl-Qanidən məlumat verib.

"Biz Ərəb Sosialist Dirçəliş Partiyasının, Milli İrəliləyiş Cəbhəsinin partiyalarının və onlarla əlaqəli olan bütün təşkilatların, müəssisələrin və komitələrin ləğv edildiyini elan edirik və onların hər hansı başqa adla yenidən yaradılmasını qadağan edirik. Eyni zamanda, onların bütün aktivləri Suriya dövlətinə qaytarılacaq", - deyə əl-Qani bildirib.

"Baath" partiyası 1947-ci ildə pan-Ərəb sosialist partiyası olaraq yaradılıb və müxtəlif dövrlərdə bir neçə Ərəb ölkəsini, o cümlədən İraq və Suriyanı idarə edib. Partiya 1963-cü ildə inqilabdan sonra parçalanıb. 1966-cı ildən sonra isə Suriyada hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirib.

Bundan əvvəl yeni Suriya administrasiyasının rəhbəri Əhməd aşı-Şara, həmçinin "Hayat Tahrir a-Şam" qruplaşmasının lideri Abo Məhəmməd əl-Culani kimi tanınan şəxs müvəqqəti prezident elan edilib.

Ayxan 

Oxşar Xəbərlər