Baykal gölündə balıqçıların olduğu UAZ markalı avtomobil buzun altına batıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə 30 yanvar tarixində Olxon rayonunda baş verib. Balıq tutmaq üçün gölə gedən iki kişi yaxınları ilə əlaqə saxlaya bilməyib. Narahat olan tanışları xilasedicilərə müraciət edib.
Axtarışlara cəlb olunan Rusiya FHN-in Baykal axtarış-xilasetmə dəstəsi sahildən 70 metr məsafədə, Ulan-Xada burnunun yaxınlığında açıq su sahəsi aşkarlayıb. 6 metr dərinlikdə isə batmış avtomobil tapılıb.
Xilasedicilər avtomobildə olan 41 və 65 yaşlı iki kişinin cansız bədənini çıxararaq polisə təhvil veriblər.
Ayxan