DÜNYA ÖZ XƏBƏR

Almaniyada sənaye sahəsində kütləvi ixtisarlar gözlənilir

Almaniyada sənayenin bütün sahələrində genişmiqyaslı ixtisarlar gözlənilir.

32gun.az xəbər verir ki, bu barədə N-tv Münhen Universitetinin Ifo institutunun sorğusuna istinadən məlumat yayıb.

İxtisarların pərakəndə ticarət sektoruna da təsir edəcəyi bildirilir. Ekspertlər bunun əsas səbəbi kimi Almaniyanın ixracatının azalmasını göstərirlər. Bununla yanaşı, turizm və IT sahələrində iş yerlərinin artacağı proqnozlaşdırılır. Tikinti sektorunda isə işçi sayının 2025-ci ildə sabit qalacağı, 2026-cı ildən isə artmağa başlayacağı gözlənilir.

"Əmək bazarında vəziyyət gərgin olaraq qalır", – deyə Ifo institutunun sosioloqu Klaus Volrabe bildirib.

Bundan əvvəl Almaniyada 200 minədək işçinin ixtisara düşə biləcəyi barədə məlumat yayılmışdı. Avtomobil menecmenti araşdırma mərkəzinin eksperti Stefan Bratselt, Volkswagen zavodlarında 30 ildən çox tətbiq olunan iş zəmanəti sisteminin ləğv edilməsinin bu prosesə təkan verəcəyini bildirmişdi.

Ayxan 

Oxşar Xəbərlər