DÜNYA ÖZ XƏBƏR

Avropa ölkəsi DeepSeek chatbotunu bloklayıb

İtaliya şəxsi məlumatların qorunması idarəsi Çinli DeepSeek chatbotunu blokladı

İtaliyanın Şəxsi Məlumatların Qorunması İdarəsi (GPDP) Çin şirkəti DeepSeek-in chatbotunu bloklayıb.

32gun.az bildirir ki, İtaliya istifadəçilərinin məlumatlarının qorunması məqsədilə belə bir qərar qəbul edildiyini bildirib.

İdarə dərhal əmrlə Hangzhou DeepSeek Artificial Intelligence və Beijing DeepSeek Artificial Intelligence adlı Çin şirkətlərinin, DeepSeek chatbotunun xidmətini təqdim edən, İtaliya istifadəçilərinin məlumatlarını işləməsini məhdudlaşdırmağı tələb edib.

Bundan əlavə, GPDP, şirkət haqqında araşdırma aparmağa başladığını açıqlayıb.

28 yanvar tarixində GPDP, DeepSeek chatbotunun istifadəçilərin şəxsi məlumatlarını necə topladığı ilə bağlı məlumat tələb edib, çünki İtaliya vətəndaşlarının şəxsi məlumatlarına risklər yarada biləcəyindən narahat olub. Şirkət cavab olaraq, İtaliyada fəaliyyət göstərmədiyini və Avropa qanunvericiliyinin ona tətbiq olunmadığını bəyan edib. Bundan bir gün əvvəl, DeepSeek chatbotu İtaliyadakı onlayn tətbiq mağazalarından silinib.

DeepSeek, açıq mənbə kodlu böyük dil modelləri (LLM) hazırlayan Çin şirkətidir. Şirkət, Çində, Hançjouda yerləşir və tamamilə Çinli High-Flyer fonduna məxsusdur və maliyyələşdirilir. 2023-cü ildə qurulmuş və baş direktoru Liang Wenfeng tərəfindən idarə olunur.

20 yanvar tarixində, Çinli DeepSeek-R1 neyrosu, dünya üzrə ən məşhur tətbiqlərdən birinə çevrilərək, Nvidia-nın səhmlərini 600 milyard dollar dəyərində ucuzlaşdırıb.

Ayxan 

Oxşar Xəbərlər