DÜNYA ÖZ XƏBƏR

Çexiyada Leninqradın mühasirəsini təkrarlamağa çağırdılar

Çexiya senatoru Miroslava Nemtsova Leninqradın blokadasının təkrarlanmasını təklif edib. 

32gun.az bildirir ki, o X sosial şəbəkəsində paylaşım edib. 
O, "Holokostun qurbanlarını yad etdiyimiz halda, eyni zamanda Ukrayna xalqına qarşı soyqırımı müşahidə edirik, Rusiya isə bu gün İkinci Dünya Müharibəsi zamanı Leninqradın blokadadan azad olunmasının ildönümünü qeyd edir," – deyə bildirib.

Nemtsova, Rusiyanın blokadanın sonlanmasını qeyd etmək əvəzinə, yenidən belə bir vəziyyət yaşamasını tələb edib. Bunun vasitəsi kimi isə o, Qərbin Rusiyaya qarşı sanksiyalarını o qədər sərtləşdirməyi təklif edib ki, bu, Rusiya iqtisadiyyatının çöküşünə səbəb olsun. 27 yanvar tarixində isə Rusiya prezidenti Vladimir Putin Leninqrad blokadasını Holokostla müqayisə edib.

Ayxan 

Oxşar Xəbərlər