DÜNYA ÖZ XƏBƏR

Ticarət limanında partlayış baş verib - ODESSADA

Odessa vilayətində yerləşən ticarət limanında partlayış baş verıb.

Burada Ukrayna Silahlı Qüvvələrinin (USQ) Qərb ölkələrindən aldığı hərbi texnika və sursatlar saxlanılırmış.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə prorusiya yönlü Nikolayev müqavimətinin koordinatoru Sergey Lebedev öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, partlayış gecə saat 2-də Belqorod-Dnestrovsk şəhərində, Belqorod-Dnestrovsk ticarət limanında baş verıb. Partlayış nəticəsində zərərin miqdarı dəqiqləşdirilir.

Lebedev həmçinin Poltava vilayətində aviasiya texnikasının təmiri və raketlərin yanacaqla doldurulması üçün istifadə edilən hərbi bazanın yaxınlığında da partlayış baş verdiyini bildirib. Məlumata görə, zərbə Poltavanın qərb ətrafında qeydə alınıb.

Bundan əlavə, Poltava vilayətinin Kremençuq şəhərində NATO texnikasının hazırlandığı zavod da zərbəyə məruz qalıb. Partlayışın Kremençuq avtomobil zavodu ərazisində qeydə alındığı bildirilir. Zavodun ərazisində dəmiryolu xətləri, böyük anbarlar və istehsal sexləri yerləşir.

Ayxan 

Oxşar Xəbərlər