DÜNYA ÖZ XƏBƏR

Kanada ABŞ-a qoşulmaq fikrində deyil – Xarici işlər naziri

Kanadanın xarici işlər naziri Melani Joli ölkəsinin ABŞ-a qoşulmaq niyyətində olmadığını bildirib.

32gun.az xəbər verir ki, O, Financial Times nəşrinə müsahibəsində bu məsələnin heç bir müzakirə mövzusu olmadığını vurğulayıb.

"Qətiyyən yox", – deyə Joli Vaşinqtona səfəri zamanı Kanada və ABŞ-ın birləşməsi məsələsinin gündəmə gəlib-gəlmədiyi sualına cavab verərkən qeyd edib. O əlavə edib ki, iki ölkə "çox yaxşı dost ola bilər", lakin Kanada ABŞ-a birləşmə ideyasını qəbul etməyəcək.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl Kanada və Qrenlandiyanın ABŞ-a daxil olması fikrini dilə gətirmiş, həmçinin Panamaya aid olan Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq istədiyini bildirmişdi. Onun bu bəyanatları Kanada, Panama və Danimarka rəsmilərinin kəskin reaksiyasına səbəb olub.

Ayxan 

Oxşar Xəbərlər