DÜNYA ÖZ XƏBƏR

Tümendə 13 yaşlı məktəbli qız qaçırılıb / Zorla evləndirilir

Tümen vilayətinin Knyajevo kəndində 13 yaşlı məktəbli qız Aleksandra M. oğurlanıb. Hadisə məktəb qarşısında baş verib.

32gun.az bildirir ki, Rusiyada məşhur Telegram kanalı olan "Shot"un məlumatına görə, yetkin yaşda bir kişi və gənc oğlan məktəbin qarşısında gözləyərək, qızı zorla seriyalı Kia Rio avtomobilinə mindiriblər və naməlum istiqamətə aparıblar.

Şahidlər dərhal hadisə barədə məktəb direktoruna məlumat verib və o, polisə müraciət edib. Şahidlər bildiriblər ki, şübhəli avtomobil səhər saat 08:00-dan 14:00-a qədər məktəbin yaxınlığında dayanıb.

Qızın rəfiqələrinin sözlərinə görə, o, sosial şəbəkələrdə bir kişi ilə tanış olub və həmin şəxs onu izləməyə başlayıb. Qız narahat olduğu üçün dostlarından onu evə qədər ötürmələrini istəyib.

Nilay 

Oxşar Xəbərlər