Türkiyəni yasa boğan Kartalkaya faciəsindən sonra yeni qalmaqal üzə çıxıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir, 78 nəfərin həyatını itirdiyi Grand Kartal Otelin sahibi Halit Ergülün Karacasuda üçüncü otelini inşa etdirdiyi məlum olub.
21 yanvarda baş verən yanğın sonrası Ergül və daha 18 nəfər həbs edilib, ona məxsus Gazelle Resort Otel bağlanıb. Lakin istintaq davam edərkən onun meşə ərazisində 35 otaqlı yeni otel tikdirdiyi ortaya çıxıb.
Hadisəyə hiddətlənən vətəndaşlar “Cani Halit” pankartları asaraq etiraz ediblər.
Ayxan