DÜNYA ÖZ XƏBƏR

Vaşinqtonda helikopterlər üçün azhündürlüklü dəhliz bağlandı

Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında baş verən aviaqəzadan sonra helikopterlər üçün azhündürlüklü dəhliz qeyri-müəyyən müddətə bağlanıb.

32gun.az xəbər verir ki bu barədə CNN kanalı ABŞ-ın Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

FAA-nın açıqlamasına görə, həmin hava dəhlizi həftə ərzində baş verən havada toqquşma zamanı istifadə olunurdu və təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.

Yanvarın 30-da Bombardier CRJ700 sərnişin təyyarəsi Kanzasdan Vaşinqtondakı Ronald Reyqan Hava Limanına eniş edərkən Sikorsky H-60 hərbi helikopteri ilə havada toqquşub. Hər iki hava gəmisinin Potomak çayına düşdüyü bildirilib.

Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə ən azı üç hərbçi olub. Helikopterin təlim uçuşu icra etdiyi məlumdur.

Məlumata görə, təyyarənin sərnişinləri arasında ABŞ-ın fiqurlu konkisürmə yığmasının idmançı və məşqçiləri də olub. TASS-ın xəbərinə əsasən, Rusiyanı təmsil edən cütlüklə fiqurlu konkisürmə üzrə dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov, eləcə də sovet konkisürəni İnna Volyanskaya təyyarədə olub.

Vaşinqtonun xilasedici xidmətləri qəza nəticəsində sağ qalanın olmadığını ehtimal edir.

Nilay 

Oxşar Xəbərlər