Fransada bir məhbus muzey ekskursiyası zamanı nəzarətdən çıxaraq qaçıb.
32gun.az xəbər verir ki l, bu barədə France 3 məlumat yayıb.
Hadisə 29 yanvarda baş verib. Sena-Sen-Deni departamentindəki Vilpent həbsxanasında cəza çəkən altı məhbus Parisdəki İnsan Muzeyinə ekskursiyaya aparılıb. Məlumata görə, məhbuslara beş nəzarətçi və bir həbsxana mühafizəçisi nəzarət edirdi.
Ağır cinayətə görə məhkum olunmuş 28 yaşlı kişi prokurorluğun qadağasına baxmayaraq, ekskursiyada iştirak edə bilib. O, Şimal Vağzalında nəzarətçilərdən aralanaraq qaçıb. Mühafizəçi onu təqib etməyə çalışsa da, uğursuz alınıb.
Məhbusun axtarışları artıq iki gündür davam etsə də, hələlik onun izinə düşmək mümkün olmayıb.
Nilay