DÜNYA ÖZ XƏBƏR

ABŞ Venesuelalı Miqrantları Amerika Məhbusları ilə Mübadilə edə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Rişard Qrenell Venesueladan olan miqrantların ABŞ vətəndaşları ilə mübadiləsini müzakirə edir. Bl

32gun.az xəbər verir ki, bu barədə  ABŞ Dövlət Departamenti  məlumat yayıb.

Miami Heraldın məlumatına görə, Qrenell Karakasda Venesuela prezidenti Nikolás Maduro ilə görüş keçirəcək. Xatırladaq ki, Co Bayden administrasiyası Maduro hökumətinin legitimliyini tanımayıb.

15 dekabr 2024-cü ildə Tramp Qrenelli Venesuela və Şimali Koreya kimi xüsusi missiyalar üzrə nümayəndə təyin edib. Trampın əvvəlki hakimiyyəti dövründə Qrenell Kosovo və Serbiya üzrə xüsusi nümayəndə olub və Kosovodakı hakimiyyət koalisiyasının süqutunda, eləcə də ABŞ, Kosovo və Serbiya arasında bir sıra sazişlərin bağlanmasında mühüm rol oynayıb.

Ayxan 

Oxşar Xəbərlər