DÜNYA ÖZ XƏBƏR

Təyyarə və helikopter qəzasına aid YENİ GÖRÜNTÜLƏR ORTAYA ÇIXDI

ABŞ-ın paytaxtı Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin havadakı toqquşma anını əks etdirən yeni görüntülər yayılıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yanvarda baş verən qəza nəticəsində 67 nəfər həyatını itirmişdi.

Kadrlarda çarpışma anı, güclü partlayış və alov içində Potomak çayına düşən təyyarə və helikopterin dağıntıları açıq şəkildə görünür. Dondurucu soyuqlar xilasetmə işlərini çətinləşdirsə də, ekipaj və sərnişinlərin meyitləri aşkarlanıb.

Məlumata görə, hava nəzarətçiləri helikopter pilotunu xəbərdar etməyə çalışsa da, pilotun reaksiya verib-vermədiyi hələ də bəlli deyil. Hadisə ilə bağlı araşdırma davam edir, ilkin hesabatın bir ay ərzində açıqlanması gözlənilir.

Ayxan 

 

Oxşar Xəbərlər