DÜNYA ÖZ XƏBƏR

Almaniya Bundestaqı miqrasiya siyasətinin sərtləşdirilməsinə dair təşəbbüsü rədd edib

Almaniya parlamenti – Bundestaq, Xristian-Demokrat İttifaqı (XDİ) və Xristian-Sosial İttifaqından (XSİ) ibarət mühafizəkar blokun miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təşəbbüsünü rədd edib.

32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 338 deputat səs verib, 350 parlamentari isə ona qarşı çıxıb. Beş deputat bitərəf qalıb. Səsvermə öncəsi parlamentdə miqrasiya mövzusunda qızğın müzakirələr aparılıb.

Yanvarın 31-də keçmiş kansler Angela Merkel partiyadaşını – XDİ/XSİ blokunun kanslerliyə namizədi Fridrix Mersi miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qətnaməyə görə sərt tənqid edib. Merkel bildirib ki, Bundestaq Mersin fraksiyasının irəli sürdüyü bu qətnaməni qəbul edib və onu "Almaniya üçün Alternativ" partiyasının deputatları da dəstəkləyib.

Sözügedən təşəbbüs Aşaşaffenburqda (Bavariya) qeyri-leqal miqrantın törətdiyi hücumdan sonra gündəmə gəlib. Bu hadisədən sonra Mers fövqəladə vəziyyət elan edilməsini və sərhədlərin bağlanmasını təklif edib.

Bild qəzeti yazır ki, Almaniya "yeni miqyasda zorakılıqla" üzləşib.

Ayxan 

Oxşar Xəbərlər