DÜNYA ÖZ XƏBƏR

Transgender pilot ABŞ-dakı hava qəzasında iştirakını təkzib edib

Transgender pilot Jon Ellios ABŞ-da baş verən aviasiya qəzasında iştirakına dair yayılan şayiələri təkzib edib.

32gun.az bildirir ki, bu barədə Newsweek xəbər verir.

“İnternetdə bir növ dəlilik yaşanır və məni Vaşinqtonda baş verən təyyarə qəzasına görə günahlandırılan pilotlardan biri adlandırırlar,” – deyə hərbçi yayılan iddialara münasibət bildirib.

Ellios Black Hawk helikopterinin baş warrant zabiti və pilotudur. O, İraq da daxil olmaqla, ABŞ-ın xaricdəki hərbi əməliyyatlarında xidmət edib.

Bundan əvvəl ABŞ Nəqliyyat Nazirliyinin keçmiş baş inspektoru Meri Skiavo bildirmişdi ki, Black Hawk pilotu işıq mənbələrini səhv sala və təyyarəni görməyə bilərdi. ABŞ ordusunun təqaüddə olan podpolkovniki Dərin Qob da ehtimal edib ki, məhdud heyət tərkibi səbəbindən hərbi pilotlar sərnişin təyyarəsini görməyə bilərdilər.

Yanvarın 30-da Kanzasdan uçan Bombardier CRJ700 sərnişin təyyarəsi Vaşinqtondakı Reyqan adına hava limanına eniş edərkən havada Sikorsky H-60 hərbi helikopteri ilə toqquşub. Hər iki hava vasitəsi Potomak çayına düşüb.

Sərnişin təyyarəsində 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə ən azı üç hərbçi olub.

Bundan öncə keçmiş ABŞ prezidenti Donald Tramp “transgender dəliliyinə son qoymaq” istədiyini bildirmişdi.

Ayxan 

Oxşar Xəbərlər