DÜNYA ÖZ XƏBƏR

Ağ Ev Trampın Kanada, Meksika və Çinə tarifləri nə vaxt artıracağını açıqlayıb

ABŞ prezidenti Donald Trump 1 fevral tarixindən etibarən Meksika, Kanada və Çindən gələn mallara əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb. 

32gun.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karolin Levit məlumat verib.

Levitin sözlərinə görə, Trump sabah Meksika və Kanada mallarına 25%, Çin mallarına isə 10% rüsum tətbiq edəcək.

Ağ Ev rəsmisi əlavə edib ki, bu vəd yerinə yetiriləcək və heç bir dəyişiklik olmayacaq.

Trump, üç ölkədən idxal edilən mallara rüsumların artırılmasının qiymət artımına və inflyasiyaya səbəb olacağı barədə narahat olmadığını bildirib.

Daha əvvəl Reuters agentliyi xəbər vermişdi ki, Trump administrasiyası, gözlənildiyi kimi, martın 1-dən etibarən Kanada və Meksikadan gələn mallara qarşı tariflər tətbiq etməyə başlayacaq.

Agentlik həmçinin qeyd edir ki, rüsumların tətbiq edilməsi maliyyə bazarlarında narahatlıq yarada və ABŞ-ın iki ən böyük ticarət tərəfdaşı ilə münasibətləri gərginləşdirə bilər, lakin Trump administrasiyasının bu məsələyə daha ehtiyatlı yanaşacağı gözlənilir.

Ayxan 

Oxşar Xəbərlər