Yekaterinburqda polis, Kosmonavtlar prospektindəki bankı soyğun edən kişini axtarır. Maskalı şəxs yerli vaxtla 19:16-da bankın binasına daxil olub və işçilərə silah bənzər bir əşya ilə təhdid edərək təxminən 7 milyon rubl götürərək qaçıb.
Hadisə yerində cinayətşünaslıq üzrə gücləndirilmiş qrup işləyir.
32gun.az xəbər verir ki l, bu barədə RİA Novosti-yə Sverdlovsk vilayətinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Valeriy Qorelix məlumat verib. Hadisənin təfərrüatları, müşahidə kameralarının görüntüləri araşdırılır, şahidlər sorğu-sual edilir və əvvəlki məhkumluğu olan şəxslərin cinayətə bağlılığı yoxlanılır.
Ayxan