DÜNYA ÖZ XƏBƏR

NATO Putinə qarşı gizli danışıqlar taktikası hazırlayıb

NATO-nun Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda gizli taktikası var.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib. 

O vurğulayıb ki, alyans bütün kartlarını Rusiya prezidenti Vladimir Putinə açıqlamaq istəmir, ona görə də öz taktikasını gizli saxlayır.

Rutte qeyd edib ki, Rusiya tərəfinin danışıqlarda iştirakı münaqişənin sülh yolu ilə həlli üçün zəruri elementdir.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda bəyan etmişdi ki, Varşava Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir. 

Qeyd edək ki, bir gün əvvəl Donald Tramp Rusiya və Ukrayna ilə təmasların olduğunu bəyan edərək danışıqların uğurlu keçdiyini vurğulayıb. Ukrayna bu danışıqlarda, xüsusən də seçki və təhlükəsizlik məsələlərində öz rolundan narahat olduğunu bildirib. Kreml bundan əvvəl ABŞ prezidentinin komandasından konkret təklif almadığını bildirmişdi.

Ayxan 

Oxşar Xəbərlər