Maqadan vilayətinin sakini içki məclisində dava zamanı dostunu amansızcasına döyərək ölümünə səbəb olub.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı istintaq materialları məhkəməyə göndərilib.
İstintaqın məlumatına görə, 28 yaşlı Ust-Omcux qəsəbə sakini dostu ilə birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə yaranıb. Səbəb isə sınmış televizor olub. Dava zamanı kişi həmsöhbətini amansızcasına döyüb. Yaralını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı şimal sakininə qarşı "sağlamlığa ağır zərər vurma" maddəsi üzrə cinayət işi açılıb. İstintaq materialları məhkəməyə təqdim edilib. Təqsirləndirilən şəxs 15 ilədək həbs cəzası ala bilər.
Ayxan