DÜNYA ÖZ XƏBƏR

NHL çempionatında xokkeyçini çənəsi sınıb

Milli Xokkey Liqasının (NHL) "Kolumbus Blyu Cekets" klubunun rusiyalı hücumçusu Kirill Marçenko "Dallas Starz" ilə oyunda ağır zədə alıb.

32gun.az xəbər verir ki, The Athletic nəşri komanda daxilindəki mənbələrə istinadən xəbər verir ki, oyunçunun çənəsi sınıb.

Hadisə fevralın 3-nə keçən gecə baş tutan matçın ikinci periodunun sonunda baş verib. Marçenko ehtiyat oyunçular skamyasında olarkən şayba onun çənəsinə dəyib. Ağır zədə alan hücumçu dərhal paltardəyişmə otağına aparılıb.

Daha sonra Marçenko xəstəxanaya yerləşdirilib və ən azı bir gün Dallasda qalacağı bildirilir. Həkimlərin ilkin proqnozuna görə, bərpa müddəti 1,5-2 ay davam edəcək. Bu isə onun Milli Xokkey Liqasının müntəzəm çempionatında xeyli oyunu buraxacağı anlamına gəlir.

Ayxan 

Oxşar Xəbərlər