DÜNYA ÖZ XƏBƏR

ÜST Uqandada Ebola peyvəndinin ilk sınaqlarına başlayır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada Ebola peyvəndinin sınaqlarına başlayıb.

32gun.az bildirir ki, bu barədə fevralın 3-də ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

“ÜST bu gün Sudan ebolavirusuna qarşı peyvəndin sınaqlarına başlayıb. Tədqiqatda xəstəliklə təmasda olan insanlar və yoluxmuş şəxslərlə təmasda olan insanlar iştirak edəcək”, - o, X sosial şəbəkəsində yazıb.

Qeyd olunur ki, peyvəndin sınaqları rekord sürətlə - qızdırma başlayandan cəmi üç gün sonra başlayıb. Qebreyesus onu da aydınlaşdırıb ki, bu, xəstəliyə qarşı peyvəndin klinik effektivliyinin qiymətləndirilməsinə yönəlmiş ilk tədbirdir.

ÜST-nin baş direktoru əlavə edib ki, təşkilat ölkədə Ebola epidemiyasının nəzarət altına alınması üçün hökumətə dəstəyini davam etdirəcək.

Ayxan 

Oxşar Xəbərlər