ABŞ, Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa etdi
32gun.az Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ silah və hərbi texnika tədarükünü dayandırmışdı, lakin artıq bunu bərpa edib. Məlumata görə, bu tədarüklər keçən həftə sonu bərpa olunub. Agentlik bildirib ki, hazırkı ABŞ hökuməti, prezident Donald Trampın rəhbərliyi altında əvvəlcə Ukraynaya silah göndərilməsinin tamamilə dayandırılmasını nəzərdən keçirirdi.
Yayımlanan xəbərə görə, ABŞ administrasiyasında Ukraynaya silah tədarükünün həcmi ilə bağlı mübahisələr davam edir.
Ayxan