DÜNYA ÖZ XƏBƏR

Evin damından buzun düşməsi nəticəsində uşaq xəsarət alıb

Rusiyada Perm şəhərində, İndustriyal rayonunda, birinci sinif şagirdinin başına damdan buz və qar parçası düşüb. Hadisə nəticəsində uşağa tibbi yardım göstərilib.

32gun.az bildirir ki, bu barədə məlumatı ölkənin mk.ru yayıb.

Hadisə nəticəsində, qızın ailəsi təcili yardım çağırıb, uşaq xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən, məktəbli ciddi xəsarət almayıb və ambulator müalicəyə göndərilib. Hadisənin təfərrüatları araşdırılır.

Əvvəlki xəbərlərdə isə Samara şəhərində bir uşaq başına damdan buz parçası düşərək xəsarət alıb. Doqquz yaşlı uşaq çoxmərtəbəli binadan atası ilə çıxarkən başına buz parçası düşüb. Uşağa tibbi yardım göstərilib, baş travması ilə xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti barədə əlavə məlumat verilməyib. Prokurorluq binanı idarə edən şirkətin fəaliyyətinə qiymət verəcək.

Ayxan 

Oxşar Xəbərlər