DÜNYA ÖZ XƏBƏR

ABŞ Ukraynadan nadir torpaq metalları almaq istəyir - Tramp

Donald Tramp ABŞ-ın Ukraynada nadir torpaq metalları çıxarılmasına sərmayə qoymağa hazır olduğunu açıqlayıb

ABŞ prezidenti Donald Tramp, ölkəsinin Ukraynada nadir torpaq metalları çıxarılmasına sərmayə qoymağa hazır olduğunu bildirib. 

32gun.az bildirir ki, bubarədə РИА Novosti məlumat verib.

Tramp, Ağ Evdəki ənənəvi brifinqində verdiyi açıqlamada, "Biz milyardlarla dollar veririk. Biz onlara avadanlıq veririk. Onların əla nadir torpaq metalları var" deyib.

Prezident əlavə edib ki, sərmayə qoyuluşu yalnız Kiyevdən gələn zəmanətlərlə mümkün ola bilər.

Əvvəlcə Tramp, Ukraynadakı münaqişənin bitməsi ilə bağlı "böyük irəliləyiş" olduğunu da qeyd edib.

Ayxan 

Oxşar Xəbərlər