DÜNYA ÖZ XƏBƏR

10 yaşlı uşaq atasının tüfəngindən özünə atəş açıb

Rusiyanın Nijni Novqorod vilayətində 10 yaşlı uşaq təsadüfən atasının tüfəngindən öz ayağına atəş açıb.

32gun.az xəbər verir ki, bu barədə NewsNN xəbər yayıb.

Hadisə 31 yanvar 2024-cü ildə Kulebaki şəhərində baş verib. Uşaq Stepan Razin küçəsində yerləşən evlərindən atasına məxsus pnevmatik tüfəngi taparaq icazəsiz götürüb.

O, tüfəngi doldurub və ehtiyatsızlıqdan öz ayağına atəş açıb. Həkimlər uşağı müayinə ediblər və xəsarətin yüngül olduğunu bildiriblər. Güllə çıxarılıb, sınıq aşkar olunmayıb.

Hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və faktla bağlı araşdırma aparılır.

Ayxan 

Oxşar Xəbərlər