DÜNYA ÖZ XƏBƏR

Polis hamilə olan 12 yaşlı qızla 'evli' kişini həbs edib - Braziliyada

Braziliyanın Matupa şəhərində (Mato-Qrosso ştatı) polis 12 yaşlı hamilə qızla birlikdə yaşayan kişini həbs edib.

32gun.az bildirir ki, bu barədə Metropoles məlumat yayıb.

Hadisə Yetkinlik yaşına çatmayanların Hüquqlarının Mühafizəsi Şurasına daxil olan məlumat əsasında araşdırılıb. Məlumata görə, yetkin kişi azyaşlı ilə partnyor kimi birlikdə yaşayıb və onun hamilə qalmasına səbəb olub.

Şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparılıb və ona azyaşlının zorlanması ittihamı irəli sürülüb. Evinə baxış zamanı mobil telefonunda azyaşlı ilə münasibətini sübut edən fotolar aşkarlanıb.

Qızın anası da onların birlikdə yaşadığını təsdiqləyib və eyni otaqda yatdıqlarını bildirib. O, qızının evdən qaçacağından qorxduğu üçün vəziyyətlə barışdığını etiraf edib.

Ayxan 

Oxşar Xəbərlər