DÜNYA ÖZ XƏBƏR

ABŞ rəsmiləri zorla işdən çıxarmağa başlaya bilər

ABŞ hökuməti kadr dəyişiklikləri fonunda bəzi məmurların işdən çıxarılmasını planlaşdırır. Onlara ya istefa vermək, ya da vəzifədən getmə tarixini təxirə salmaq təklif edilib.

32gun.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Məlumata görə, Federal Xidmətlərin İdarəedilməsi Agentliyinin (GSA) komissar köməkçisi işçilərə göndərdiyi məktubda federal hökumətdə ixtisarların gözlənildiyini bildirib. Əsas hədəf 2,3 milyon mülki federal məmurun bir hissəsinin vəzifədən uzaqlaşdırılmasıdır. Yalnız GSA-nın bir bölməsində kadrların yarıya qədər azaldılması planlaşdırılır.

Bundan əlavə, fevralın 3-də keçmiş prezident Donald Trampın administrasiyasının 1100-dən çox Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) əməkdaşını xəbərdar etdiyi bildirilmişdi. Onlara istənilən an işdən çıxarıla biləcəkləri barədə məlumat verilib.

Ayxan 

Oxşar Xəbərlər