DÜNYA ÖZ XƏBƏR

Öldürülən uşağın ögey atasından QORXUNC ETİRAF: idman etməkdən imtina etdiyi üçün

Rusiyanın Çernyaxovsk şəhərində 7 yaşlı uşağın öldürülməsi ilə bağlı şübhəli şəxs – onun ögey atası cinayətini etiraf edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, İstintaqa görə, kişi uşağı idman hərəkətləri etmədiyinə görə döyüb, daha sonra cəsədini çantaya qoyaraq suda boğub. Məhkəmə-tibbi ekspertizası uşağın kəllə-beyin travmasından öldüyünü təsdiqləyib.

Şübhəli əvvəlcə həyat yoldaşı ilə birlikdə uşağın yoxa çıxdığını iddia edərək polisə müraciət edib və axtarışlara qatılıb. Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır, şübhəliyə tezliklə ittiham irəli sürüləcək.

Ayxan 

Oxşar Xəbərlər