DÜNYA ÖZ XƏBƏR

ABŞ administrasiyası miqrantların Quantanamoya göndərilməsinin qanuniliyini araşdırır

ABŞ prezidenti Donald Trampın administrasiyası miqrantların Quantanamo hərbi bazasına yerləşdirilməsinin qanuni olub-olmadığını hələ də araşdırır.

32gun.az bildirir ki, CNN kanalının mənbələrinə görə, bu qərarın hüquqi əsasları Daxili Təhlükəsizlik Nazirliyi və Pentaqon tərəfindən müzakirə olunur.

Hazırda miqrantların Quantanamoda nə qədər saxlanılacağı və sosial xidmətlərə çıxış imkanlarının olub-olmayacağı da qeyri-müəyyən olaraq qalır.

Bundan əvvəl Tramp administrasiyası məhkəməsiz deportasiya qərarları vermiş və “Meksikada qal” proqramını bərpa etmişdi. Həmçinin, miqrant hüquqları müdafiəçiləri Trampın vətəndaşlıqla bağlı məhdudiyyət qərarına görə ona qarşı məhkəmə iddiası qaldırıb.

Ayxan 

Oxşar Xəbərlər