DÜNYA ÖZ XƏBƏR

Qadın, şarjda olan telefonla duş alarkən həlak olub

Kareliyanın Kəndopoga şəhərində 32 yaşlı qadın, mobil telefonunun elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə duş qəbul edərkən tok vurmasından həlak olub.

32gun.az Rusiya mediasına istinadən bildirir ki, Hadisə barədə məlumatı 4 fevral tarixində İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti yayıb.

İstintaqçılar Kəndopoga şəhərindəki qadının meyitini tapandan sonra araşdırmalara başlayıblar. Məlum olub ki, fevralın 3-də qadın təhlükəsizlik qaydalarını pozaraq, mobil telefonunu şarj edərkən duş alıb. Nəticədə su, elektrik cihazına toxunub və qadın elektrik zərbəsi alıb. Kareliya sakini aldığı zədədən yerindəcə həyatını itirib.

Hazırda İstintaq Komitəsinin əməkdaşları hadisənin bütün təfərrüatlarını öyrənmək üçün zəruri araşdırmalar aparırlar.

Əvvəlki xəbərlərdə isə, Sibirə bağlı Usolye-Sibirskdə, 28 yaşlı yerli qadının hamamda ölü tapıldığı bildirilmişdi. Əvvəlcə, o, vannada ikən, şarj olan mobil telefonu götürüb və təsadüfən onu suya salıb, nəticədə elektrik zərbəsi alıb.

Nilay 

Oxşar Xəbərlər