ABŞ-ın Florida ştatında 26 yaşlı qadın azyaşlıya qarşı əxlaqsız hərəkətlərə görə həbs olunub.
32gun.az bildirir ki, The Independent xəbər verir ki, Angel Sexton adlı qadın uzun müddət 13 yaşlı məktəbli ilə yazışıb. 2024-cü ilin dekabrında, bayram günlərində uşaq onun yanına gedib.
Qadınla birlikdə vaxt keçirdikdən və yaxın münasibət yaşadıqdan sonra məktəbli evinə qayıdıb. Növbəti həftələrdə qadın ona mesajlar yazmağa davam edib və hətta "onun üçün ərini tərk edəcəyini" bildirib.
Sexton həbs edildikdən sonra əvvəlcə ittihamları rədd etsə də, daha sonra günahını etiraf edib. Hazırda o, 25 min dollar (təxminən 2,5 milyon rubl) girov qarşılığında müvəqqəti saxlama təcridxanasında saxlanılır.
Nilay