DÜNYA ÖZ XƏBƏR

Qadın ərini çox xəsis olduğuna görə məhkəməyə verib

İtaliyada bir kişi kommunal xərclərə qənaət edərkən həyat yoldaşına normal yaşamağa mane olduğu üçün cərimələnib.

32gun.az xəbər verir ki, bu barədə Today nəşri məlumat yayıb.

58 yaşlı kişi həyat yoldaşı tərəfindən "şəxsiyyətə qarşı zorakılıqda" ittiham edilib. Qadının sözlərinə görə, ərinin həddindən artıq xəsisliyi onu evdə əsl tirana çevirib. O, hətta çox soyuq havalarda belə istiliyi söndürüb, pəncərələri skvozlaya qarşı bağlayıb və su sərfiyyatını daim nəzarətdə saxlayıb.

Məhkəmə sənədlərinə görə, kişinin qənaət etmək cəhdi elə həddə çatıb ki, həyat yoldaşı şəxsi gigiyenasına belə riayət edə bilməyib. Nəticədə aralarındakı münaqişə məhkəməyə qədər gedib. Bari məhkəməsi qadının lehinə qərar çıxararaq kişini 450 avro məbləğində cərimələyib. Bundan əlavə, onun aliment öhdəliklərini yerinə yetirmədiyi də müəyyən edilib.

Nilay

Oxşar Xəbərlər