Rus pornoaktrisa və rejissor Yuliya Zorikina (səhnə adı Juliana Grandi) "AVN Awards" mükafatına layiq görülüb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mükafat porno sənayesində "Porno-Oskar" kimi tanınır.
O, "Ən yaxşı rejissor portfeli – xarici filmlər" kateqoriyasında qalib gəlib. Bundan əlavə, "İlin qadını" nominasiyasında da namizəd olub, lakin qalib gəlməyib.
Juliana Grandi porno sənayesinə tələbəlik illərində daxil olub. O, əvvəllər aktrisa kimi fəaliyyət göstərsə də, hazırda rejissor kimi çalışır və böyüklər üçün filmlərə model axtaran agentliyə rəhbərlik edir. Zorikina hazırda Budapeştdə yaşayır.
Bundan əvvəl, 16 yanvarda rusiyalı Sweetie Fox adlı pornoaktrisanın dünyanın ən məşhur yetkin film aktrisası seçildiyi bildirilmişdi. Eyni zamanda, bloger Zara Dar Pornhub platformasında riyaziyyat dərslərindən YouTube-dan daha çox qazandığını açıqlamışdı.
Nilay