Çerepovetsdə azyaşlı valideyn nəzarəti olmadan qaldığı üçün ikinci mərtəbədən yıxılıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Voloqodsk vilayətinin uşaq hüquqları üzrə müvəkkili Olqa Smirnova məlumat verib. O bildirib ki, hadisə fevralın 4-də baş verib.
Məlumata görə, 5 yaşlı qızın anası onu evdə tək qoyaraq böyük övladı ilə birlikdə poliklinikaya gedib. Azyaşlı pəncərədən yıxılıb və qonşular tərəfindən tapılaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
Nilay