DÜNYA ÖZ XƏBƏR

Kişi gənc qıza hücum edərək ona təcavüz edib

Moskvada bir kişi texniki otaqda gənc qıza hücum edərək ona təcavüz edib. 

32gun.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisə fevralın 2-də Akademik Vlasov küçəsindəki yaşayış binalarından birində baş verib. Cinayətkar qıza hücum edərək ona qarşı zorakı hərəkətlər törədib.

Zərərçəkən dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı təcavüz və zorakı seksual xarakterli hərəkətlər maddələri üzrə cinayət işi açılıb. Polis şübhəlini müəyyənləşdirərək saxlayıb və ona ittiham irəli sürülüb. Hazırda istintaq onun həbs edilməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.

Nilay 

Oxşar Xəbərlər