DÜNYA ÖZ XƏBƏR

COVID-19-la bağlı fövqəladə rejim ləğv edildi

Komidə koronavirus pandemiyası səbəbilə beş il əvvəl tətbiq edilən fövqəladə hazırlıq rejimi ləğv edilib. 

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region hökumətinin saytında məlumat verilib.

Respublika rəhbərinin səlahiyyətlərini icra edən Rostislav Qoldşteynin imzaladığı fərmana əsasən, qərar sənədin qüvvəyə mindiyi gündən etibarən keçərlidir. Bildirilib ki, bu addım bölgədəki epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədardır.

Komidə fövqəladə hazırlıq rejimi ilk dəfə 15 mart 2020-ci ildə tətbiq olunmuş və pandemiyanın gedişinə uyğun olaraq dəyişikliklər edilmişdi.

Bu arada, fevralın 4-də Rospotrebnadzor bildirib ki, son bir həftədə Rusiyada kəskin respirator virus infeksiyalarına yoluxma 17,5% artıb. 51 bölgədə göstəricilər orta səviyyədən yuxarıdır, 34 regionda xəstəxanaya yerləşdirilənlərin sayı 30% çoxalıb.

Nilay 

Oxşar Xəbərlər