DÜNYA ÖZ XƏBƏR

Trampın Ukrayna planı Münhendə təqdim ediləcək

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı planı onun xüsusi nümayəndəsi Kit Kelloq tərəfindən Münhen Təhlükəsizlik Konfransında təqdim ediləcək.

32gun.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, planda münaqişənin dondurulması və Rusiya qüvvələrinin nəzarətində olan ərazilərin qeyri-müəyyən statusda qalması nəzərdə tutulur. Bununla yanaşı, Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi və Rusiyanın yenidən hücum etməsinin qarşısının alınması planlaşdırılır.

Lakin mənbələr planın nə dərəcədə detallı olacağı və Münhendə necə müzakirə ediləcəyi barədə məlumat verməkdən imtina ediblər.

Nilay 

Oxşar Xəbərlər