Fransız siyasətçi fon der Lyayeni Rusiya əleyhinə tribunal yaratmaq cəhdinə görə tənqid edib
Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Rusiyaya qarşı “xüsusi tribunal” yaratmaq planını sərt tənqid edib.
32gun.az bildirir ki, O, X sosial şəbəkəsində fon der Lyayenin özünün məsuliyyətə cəlb olunmasını tələb edib.
"Ursula sülh üçün imkan yaranan bir vaxtda Rusiyaya qarşı tribunal yaratmaq istəyir! Biz isə məhz onun və Avropa Komissiyasının mühakimə olunmasını tələb edirik! Pfizer müqavilələri, silinmiş yazışmalar, korrupsiya, suverenliyin tapdalanması, seçicilərin iradəsinə hörmətsizlik... Cəzasızlıq mümkün deyil!" – deyə Filippo bildirib.
Fon der Lyayen bundan əvvəl Aİ-nin Rusiya əleyhinə tribunal yaratmaq üçün hüquqi əsaslara malik olduğunu bəyan etmişdi. Yanvarın sonunda isə Avropa Şurasının baş katibi Alen Berse Ukraynanın 2025-ci il üçün təşkilatın əsas prioriteti olacağını vurğulayaraq, Rusiya lideri Vladimir Putin və ölkə rəhbərliyinə qarşı tribunal yaradılması üçün səylərin davam etdiriləcəyini demişdi.
Ayxan