Magadanda polis, arvadı ilə mübahisə edən və özünü bağışlatmaq üçün mağaza soyan yerli sakini yaxalayıb.
32gun.az bildirir ki, hadisə barədə "MVD Media" məlumat verib.
Kişi, 2000 rubl dəyərində bir buket çiçək oğurlayaraq mağazadan qaçıb. Mağaza rəhbərliyi polisə müraciət edib və şübhəli tezliklə tutulub. O, əvvəllər bir neçə dəfə cəzalandırılmış 35 yaşlı Magadan sakini olub. Kişi bildirib ki, bir gün əvvəl arvadının ad gününü qeyd edərkən ona hədiyyə vermədiyi üçün qadın incimişdi. O, qadının bağışlanmasını qazanmaq məqsədilə mağazanı soymuşdu.
Araşdırma zamanı, şübhəlilərin bir neçə gün əvvəl məhsul mağazasından iki dəfə alkoqol oğurladığı da müəyyən edilib. Şübhəli şəxsə qarşı quldurluq üzrə cinayət işi başlanıb və ona 4 ilədək həbs cəzası verilə bilər.
Ayxan