ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) son iki ildə işə götürülən bütün əməkdaşlarının adlarını hökumətin kadrlar şöbəsinə təqdim edib.
32gun.az NBC-yə istinadən xəbər verir ki, sənəd eks-prezident Donald Trampın federal işçilərin sayının azaldılması ilə bağlı fərmanına əsasən göndərilib.
Siyahıda işə yeni qəbul olunanlarla yanaşı, sınaq müddətində olan şəxslərin də adları yer alıb. Sənədin açıq şəkildə göndərilməsi xarici kəşfiyyat xidmətlərinə bəzi CIA əməkdaşlarını müəyyən etmək imkanı yarada bilər.
Bundan əvvəl Axios portalı federal hökumət işçilərinə könüllü istefa qarşılığında səkkiz aylıq maaş həcmində kompensasiya təklif edildiyini bildirmişdi. Daha sonra CIA rəhbərliyi də əməkdaşlarına vəzifələrini tərk etməyi təklif edib.
Ayxan