Rusiyanın Qərb Nəqliyyat üzrə İstintaq İdarəsi Moskva vilayətində baş verən yüngülmotorlu təyyarə qəzası ilə bağlı cinayət işi açıldığını açıqlayıb.
32gun.az xəbər verir ki, Hadisə 6 fevralda Myaçkovo aerodromu yaxınlığında baş verib. Təlim uçuşu həyata keçirən R-2002 Sierra tipli təyyarə qəzaya uğrayıb. Yerli mənbələrə görə, ekipaj saat 13:10-da rabitə ilə əlaqəni itirib. Məlumata görə, göyərtədə olan iki nəfər həyatını itirib.
Mütəxəssislər qəzanın səbəbi kimi avadanlıq nasazlığını əsas versiya kimi nəzərdən keçirirlər.
Nilay