Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-dan gələn bəzi son açıqlamalara, xüsusən də hökumət tərəfindən maliyyələşdirilən media üçün təklif olunan “strateji sükut” konsepsiyasına təəccübünü ifadə edib.
32gun.az bildirir ki, bu barədə TASS xəbər verib.
Zaxarova bildirib ki, qrantlarla işləyən KİV-lər üçün belə bir konsepsiyanın irəli sürülməsi onu şoka salıb. O, həmçinin ABŞ hakimiyyətinin transgendər əməliyyatları və cinsiyyət dəyişiklikləri ilə bağlı proqramlara maliyyə ayırmasını “tamamilə qəbuledilməz” adlandırıb.
Ukrayna böhranına toxunan Zaxarova ABŞ-ın bu məsələdəki rolunu qiymətləndirib və prezident Donald Trampın komandasının addımlarının vacibliyini vurğulayıb. O, yeni administrasiyanın konkret qərarlarından çox şeyin asılı olacağını qeyd edib.
Ayxan